Bəzi rayonlara sulu qar yağıb

Bəzi rayonlara sulu qar yağıb
  08 May 2024    Oxunub:716
Mayın 8-i saat 20:00 məlumatına əsasən, ölkədə yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Şahbuz, Gədəbəy, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Xaltan, Qusar, Qrız, Göyçay, Ağsu, Şirvan, Oğuz, Qax, Naftalan, Şəmkir, Goranboy, Şabran, Altıağac, Ağdam, Kürdəmir, Yardımlı, Astarada yağış, Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.

Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Mingəçevirdə 18 m/s-dək güclənib.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 18, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyə yaxın isti olub.

AzVision.az


Teqlər: hava  





Xəbər lenti