İranda rejissora 8 il iş verildi

   İranda rejissora 8 il iş verildi
  09 May 2024    Oxunub:1076
İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulofu 8 il həbs, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb.
Bu barədə Agence France-Presse (AFP) direktorun vəkilinə istinadən məlumat yayıb. Agentlik qeyd edib ki, bu, Rəsulofun “Müqəddəs Əncirin Toxumu” (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verib.

Vəkil bildirib ki, Rəsulof “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədi ilə filmlər çəkdiyi üçün” həbs cəzasına məhkum edilib. İranlı kinorejissor son cəzasını 2022-2023-cü illərdə çəkib və səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti