XİN-dən Qələbə Günü paylaşımı

XİN-dən Qələbə Günü paylaşımı
  09 May 2024    Oxunub:640
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib. "Bu gün, dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 79 il ötür.

9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparmış, müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirmiş qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik",-paylaşımda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti