Putin Qərbin müstəmləkə siyasətindən danışdı

   Putin Qərbin müstəmləkə siyasətindən danışdı
  09 May 2024    Oxunub:575
Qərb müstəmləkə siyasətinə mane olduğu üçün İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etməyə çalışır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Qələbə Paradında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya qlobal münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək:

“Bu gün biz onların İkinci Dünya Müharibəsi ilə bağlı həqiqəti necə təhrif etməyə çalışdıqlarını görürük. Bu, mahiyyətcə müstəmləkəçilik siyasətini ikiüzlülük və yalan üzərində qurmağa vərdiş edənlərə mane olur”, - Putin bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti