Səs yazısı yayılan bağça müdiri ilə bağlı AÇIQLAMA

   Səs yazısı yayılan bağça müdiri ilə bağlı    AÇIQLAMA
  08 May 2024    Oxunub:699
Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.
AzVision.az xəbər verir ki, açıqlamada bildirilir ki, sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirib və müdir səlahiyyətlərini icra etmir.

"Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti