“Heydər Əliyev və Natiqlik” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Natiqlik” mövzusunda tədbir keçirilib
  08 May 2024    Oxunub:383
7 may 2024-cü il tarixində Suraxanı Gənclər Evinin və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İrsi” layihəsi çərçivəsində “Heydər Əliyev və Natiqlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mətanət Zeynalova, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, Türk Ağsaqqallar İctimai Birliyinin sədr müavini, , sabiq dövlət qulluqçusu Eyvaz Hümmətov, Neftçilər Həmkarlar İttifaqının uzun müddət sədri olmuş, şair publisist Zaməddin Həmzəyev, Türk Ağsaqqallar İctimai Birliyinin idarə heyətinin üzvü, dövlət qulluqçusu Nüsrət Paşayev, Türk Ağsaqqallar İctimai Birliyinin aparat rəhbəri və Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar, Suraxanı rayon Heydər Əliyev Mərkəzində fond müdiri Zəkiyə Hacıyeva, qiraətçi, bədii rəhbər Bəhiyyə Nağıyeva, rayon gəncləri, müəllimləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilməklə başlayan tədbir, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmovanın açılış sözü ilə davam etdi.

Sonra Eyvaz müəllim Hümmətov çıxış edərək Ulu Öndər Heydər Əliyevin mütəfəkkir dövlət xadimi, dövlətin keşiyində duran bənzərsiz bir insan və zəmanəsinin görkəmli natiqlərindən biri olduğu vurğuladı.
Ardınca digər qonaqlar çıxış etdi və sonda Bəhiyyə Nağıyeva tərəfindən Azərbaycan şeiri səsləndirildi.
Tədbirin sonunda "Heydər Əliyev İrsi" layihəsi çərçivəsində "Parlaq Zəka 2" intellektual oyununun final mərhələsinin iştirakçılarının təltifetmə mərasimi baş tutdu.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti