Pakistan və İran ABŞ-nin xəbərdarlığına məhəl qoymayacaq

  Pakistan və İran ABŞ-nin xəbərdarlığına məhəl qoymayacaq
  08 May 2024    Oxunub:783
Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ABŞ-ın xəbərdarlığına baxmayaraq, İranla Mir qaz kəmərinin tamamlanacağına əminliyini ifadə edib.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, ABŞ Pakistan-İran qaz kəməri layihəsini dəstəkləmədiyini bildirib və Tehranla iş apararkən sanksiyalar riski barədə xəbərdarlıq edib:

“ABŞ-ın nə etməsindən asılı olmayaraq, biz öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik. Pakistan heç bir diktəyə tabe olmayacaq. Pakistan suveren dövlətdir, biz digər ölkələrin suverenliyinə hörmət edirik və onlardan Pakistanın suverenliyinə hörmət etmələrini gözləyirik”.

Bundan əvvəl Pakistan hökuməti İran prezidenti İbrahim Rəisinin aprel ayında İslamabada rəsmi səfərini yüksək qiymətləndirib, səfər zamanı geosiyasi problemlərə və mümkün Amerika sanksiyalarına baxmayaraq, “Mir” qaz kəmərinin tikintisinin başa çatdırılması müzakirə edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti