Dönərdən zəhərlənənlərin son durumu açıqlanıb

 Dönərdən zəhərlənənlərin son durumu açıqlanıb
  08 May 2024    Oxunub:569
Zaqatalada dönərdən zəhərlənənlərin son durumu açıqlanıb.
TƏBİB-dən AzVision.az -a bildiriblib ki, 7 may tarixində saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - Yenilənib
Məlumata görə, hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti