Andrey Qubin: "Ağır xəstəyəm, oxuya bilmirəm"

   Andrey Qubin:    "Ağır xəstəyəm, oxuya bilmirəm"
  08 May 2024    Oxunub:1340
Bu yaxınlarda əlli yaşını qeyd edən məşhur rusiyalı müğənni Andrey Qubin bir daha səhnəyə qayıtmayacağını bəyan edib.
15 ildən çoxdur ki, səhnədə çıxış etməyən Qubinin yaradıcılıq fəaliyyətinin dayandırılmasına səbəb ciddi xəstəlik sayılan prosopalgiya olub. Bu, üzdə şiddətli ağrılar yaradır. Sənətçinin məlum xəstəlikdən əziyyət çəkməsi 2022-ci ildə məlum olub. Bundan əlavə, Qubin bir il əvvəl ciddi ürək problemlərindən şikayətlənib.

Bu yaxınlarda Andreyin tezliklə səhnəyə qayıdacağı ilə bağlı şayiələr yayılmışdı. Lakin o, KP.RU-ya verdiyi yeni müsahibədə o, açıq şəkildə deyib ki, "bu real deyil".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti