İranın XİN rəhbəri Bakıya gəlir

İranın XİN rəhbəri Bakıya gəlir
  12 Fevral 2015    Oxunub:1027
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, səfər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti üzrə fevralın 16-da baş tutacaq.

Səfər zamanı nazirin yüksək səviyyədə keçirəcəyi görüşlərdə tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.


Teqlər:





Xəbər lenti