NATO Gürcüstana qalmaqallı qanunla bağlı çağırış edib

   NATO Gürcüstana qalmaqallı qanunla bağlı çağırış edib
  15 May 2024    Oxunub:1283
NATO-ya görə, Gürcüstanın xarici agentlər haqqında yeni qanunu ölkəni Avropa İttifaqı və Avro-Atlantik inteqrasiyadan uzaqlaşdırır.
Bu barədə NATO-nun mətbuat katibi Fərəh Dakhlallah "X" hesabında paylaşım edib. O, Gürcüstanı “kursunu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə” çağırıb: “Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanun qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır”.

Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinə baxılmasına aprel ayında başlanılıb. O vaxtdan Gürcüstanda genişmiqyaslı etiraz aksiyaları keçirilir.

Qanuna ABŞ, Aİ, BMT, NATO, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avropa Şurası etiraz edib. Gürcüstanın hakim partiyasının liderləri bildiriblər ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşdirilməsinin şəffaflığının təmin edilməsi məqsədinə xidmət edir. Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını bildirib.

AzVision.az


Teqlər: NATO   Gürcüstan  





Xəbər lenti