342 əlil uşaq sosial xidmət müəssisələrində yaşayır

   342 əlil uşaq sosial xidmət müəssisələrində yaşayır
  15 May 2024    Oxunub:495
Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi dövlət himayəsində yaşayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində hazırda 342 uşaq daimi dövlət himayəsində yaşayır. Onlardan 109-u qız, 233-ü oğlandır.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həmin sosial xidmət müəssisələrində uşaqların normal yaşayışı və səmərəli reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Bu müəssisələrdə əlilliyi olan uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmətlər göstərilir, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fiziki tərbiyəsi və s. istiqamətlərdə də işlər aparılır.

Qeyd edək ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı sosial xidmət müəssisəsi Bakının Mərdəkan qəsəbəsində, 2 saylı sosial xidmət müəssisəsi isə Abşeron rayonunun Saray qəsəbəsində yerləşir.

AzVision.az



Teqlər:





Xəbər lenti