Ondan kömək istəyən ağsaqqalı taladı

   Ondan kömək istəyən ağsaqqalı taladı
  14 May 2024    Oxunub:711
Lənkəran rayon sakini olan ahıl yaşlı bir kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb.
O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Amma zərərçəkən terminalın iş prinsipini bilmədiyi üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə öz “köməyini” ondan əsirgəməyib.

Belə ki, o 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti