"Trendyol"un müştəriləri azalacaq - Deputat

 "Trendyol"un müştəriləri azalacaq -  Deputat
  15 May 2024    Oxunub:837
Türkiyənin onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Belə ki, qiymətlər 2,5 dəfə qalxıb. Çatdırılma xidmətinə görə rüsum artıq 79,99 lirə (4,23 AZN) deyil, 199,99 lirədir(10,63 AZN).
Xatırladaq ki, ötən il “Trendyol” və PAŞA Holdinq arasında imzalanan müqaviləyə əsasən sifarişçilər Türkiyədən Azərbaycana məhsulu birbaşa təhvil ala bilirlər.
"Trendyol"un qiymət artımı nəyi dəyişəcək?


Maraqlıdır, qiymətlərin qalxmasının səbəbi nədir?

Milli Məclisin deputatı Vüqar Bayramov AzVision.az -a bildirib ki, qiymətlərin 2 dəfə yüksəlməsinin səbəbini şirkət özü izah edə bilər.

""Trendyol" özəl şirkətdir. Qiymətləri də özü müəyyənləşdirir. Amma "Trendyol" vasitəsilə satılan malların qiyməti mağazalarla müqayisədə daha ucuzdur.



Vətəndaşların "Trendyol" məhsullarına marağı yüksəkdir. Əgər gələcəkdə bu hal təkrarlanarsa, müştəri sayının azalmasının şahidi olacağıq".

Həmidə İbrahimova

AzVision.az





Teqlər:   Trendyol   Çatdırılma  





Xəbər lenti