Muxtar Babayev BMT nümayəndəsi ilə görüşüb - FOTO

Muxtar Babayev BMT nümayəndəsi ilə görüşüb -    FOTO
  14 May 2024    Oxunub:806
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Baş katibinin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi Damilola Oqunbiyi ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabından bildirilib.

"Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti raundu ərəfəsində ölkələrə enerji siyasəti və investisiya planlarının hazırlanmasında dəstək məsələləri ilə bağlı müzakirə aparılıb", - məlumatda vurğulanır.

AzVision.az


Teqlər: Azərbaycan   BMT   COP29  





Xəbər lenti