O'Brayn: "Gürcüstana sanksiyalar qoyula bilər"

   O
  14 May 2024    Oxunub:1159
"Avropa İttifaqı prinsiplərinə uyğun gəlməyən qanun layihəsi qüvvədə qalarsa və etiraz aksiyalarında nümayişçilərə zorakılıq göstərilərsə, ABŞ tərəfindən Gürcüstana əvvəla maliyyə məhdudiyyətləri qoyulacaq".
AzVision.az xəbər verir ki, bu sözləri Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gələn ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms O'Brayn jurnalistlərə açıqlamasında söyləyib.

"Sanskiyaları doğuran səbəblər aradan qaldırılmasa, vəziyyətə cavabdeh şəxslərə səyahət məhdudiyyətləri qoyulacaq", - ABŞ rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər: ABŞ   Gürcüstan   sanksiya  





Xəbər lenti