Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul edib

   Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul edib
  14 May 2024    Oxunub:809
Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edi b.
Hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib. Sənəd imzalanmaq üçün Prezident Salome Zurabişviliyə təqdim olunacaq.

Gürcüstan prezidenti Salome Zurabişvili artıq qanun layihəsinə veto qoyacağını bəyan edib, lakin parlamentin onu ləğv etmək imkanı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti