Müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır
  15 May 2024    Oxunub:956
Mayın 15-i saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə "ASAN Login" sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər "ASAN Login" əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

AzVision.az


Teqlər: müəllim     qəbul  





Xəbər lenti