Zelenski və Bayden tezliklə görüşə bilər

   Zelenski və Bayden tezliklə görüşə bilər
  15 May 2024    Oxunub:788
ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaxın vaxtlarda görüş baş tutacaq. Bunu Reuters agentliyinə ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinken deyib ki, Bayden və Zelenski arasında görüş yaxın həftələrdə baş tuta bilər.

Blinken bildirib ki, Vaşinqton İsveçrədə Ukrayna tərəfinin “sülh sammiti” adlandırdığı qarşıdan gələn tədbiri tam dəstəkləyir və orada böyük heyyətlə iştirak etməyi planlaşdırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti