Qobuda it dişləyən qızın vəziyyəti necədir?

   Qobuda it dişləyən qızın vəziyyəti necədir?
  15 May 2024    Oxunub:513
Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, Zeynəbin müalicələri davam etdirilir. Yaxın günlərdə evə buraxılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti