Səfirimiz `İlin adamı` oldu

Səfirimiz `İlin adamı` oldu
  11 Fevral 2015    Oxunub:2171
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli diplomatiya sahəsində beynəlxalq "ilin adamı" mükafatına layiq görülüb.
AzVision.az-ın xəbərinə görə, səfir Ali Akademiya Şurasının qərarı ilə Azərbaycanın Ukrayndakı Fövqaladə və Səlahiyyətli səfiri Eynulla Mədətli "İlin adamı" elan edilib. Mükafatın təntənəli təqdimat mərasimi martın 21-də qeyd ediləcək.

Qeyd edək ki, Eynulla Mədətli 2010-cu ildən etibarən Azərbaycanın Ukraynadakı səfiridir. Məhz onun səyləri nəticəsində Azərbaycan-Ukrayna münasibətləri istər siyasi, istərsə də iqtisadi sahədə daha da aktivləşdi. 2014-cü ildə Azərbaycanın BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək bu ölkənin lehinə səs verməsi də təqdirə layiqdir.

Azərbaycan və Ukrayna arasında humanitar sahədə münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində aparılan işlərdə səfirin böyük xidmətləri var


Teqlər:  





Xəbər lenti