Mazutlu, qabar əllər FOTOLARDA

Mazutlu, qabar əllər FOTOLARDA
  16 Fevral 2013    Oxunub:7076
O əllərə ürəklə əl verib, salamlaşmaq istəyərsən. Biz də elə etdik...
Əllər var ki, qan qoxar, qorxu, qətl iyi gələr ondan. Əllər var ki, oğurluğa can atar ancaq.

Salamlaşıb, əl tutmaq istəməzsən o əllərlə...Bəlkə də, qırılmaldıır, kəsilməlidir o əllər.

Əllər var ki, müftə loxma götürüb yeməyi sevər ancaq. Əziyyətli çörək doydurmaz onu.

Əllər var ki, dilənmək üçün yaranıb ancaq. Yumulmaz o əllər.
Əllər var ki, göylərə açılar, xeyirliyə dua edər ancaq. Elə bəd duadan başqasına açılmayan əllər də var...

...Və əllər də var ki, qabarlıdır. Soyuqda-şaxtada bərkiyib, mazutludur, zəhmət qoxar o əllər. Çoxları toxunmaq istəməz o əllərə. Amma halaldır, qürurludur o əllər. “Başı uca”, “könlü tox”dur o əllərin. Bax o əllərə ürəklə əl verib, salamlaşmaq istəyərsən. Biz də elə etdik...Beləliklə, zəhmətkeş, qabar əllərin sahibləri fotolarda...

Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti