London və Paris Ukraynaya qoşun göndərməyi müzakirə edirlər

   London və Paris Ukraynaya qoşun göndərməyi müzakirə edirlər
  03 Dekabr 2024    Oxunub:493
Böyük Britaniya və Fransa cəbhə xəttində atəşkəslə bağlı razılıq əldə olunarsa, öz qoşunlarını Ukraynada yerləşdirmək imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, NATO-nun yüksək vəzifəli rəsmisinin sözlərinə görə, söhbət danışıqlar nəticəsində əldə oluna biləcək atəşkəsə nəzarət etmək üçün demarkasiya xəttində hərbi personalın yerləşdirilməsindən gedir. Müzakirə NATO miqyasında yox, ayrı-ayrı ölkələr səviyyəsində gedir.

Mənbə Donald Tramp administrasiyasının vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında sülh danışıqlarında avropalı müttəfiqlərin iştirakını təmin etmək üçün konkret dəstək variantlarının hazırlanmasının da zəruri olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   Fransa   Ukrayna  





Xəbər lenti