Yaponiya rəsmiləri Cənubi Koreyaya səfəri ləğv ediblər - "Kyodo"

Yaponiya rəsmiləri Cənubi Koreyaya səfəri ləğv ediblər    - "Kyodo"
  04 Dekabr 2024    Oxunub:395
Cənubi Koreya ilə dostluq əlaqələrini inkişaf etdirmək üçün partiyalararası deputatlar qrupuna rəhbərlik edən Yaponiyanın keçmiş baş naziri Yosihide Suqa bu ölkəyə səfərini ləğv edib. Buna səbəb Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi və ləğvindən sonra yaranmış xaotik vəziyyət olub.
Bu fikirlər Kyodo agentliyində dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.

"Səfər dekabrın ortalarına planlaşdırılıb. Suqa 2023-cü ildə partiyalararası xüsusi deputat qrupuna rəhbərlik edib və Cənubi Koreyanı “iqtisadi və təhlükəsizlik baxımından son dərəcə vacib qonşu” adlandırıb",- məqalədə yazılıb.

"Kyodo" mənbələrinin məlumatına görə, Cənubi Koreyadakı qarışıq vəziyyət Yaponiyanın baş naziri Şiqeru İşibanın 2025-ci ilin yanvarına planlaşdırılan səfərinə də təsir edə bilər.

Xatırladaq ki, ötən gecə Cənubi Koreya prezidenti Yoon Seok-Yeol ölkədə hərbi vəziyyət tətbiq olunduğunu elan edib. Amma bir neçə saat sonra parlamentdə hərbi vəziyyətin ləğvi üçün səsvermə olub. Daha sonra Yoon Seok Yeol qərarını ləğv edəcəyinə söz verib və nəticədə nazirlər kabineti bu addımı dəstəkləyib. Bütün bu proseslər 6 saatdan az müddətdə baş verib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti