Berbok Pekinlə münasibətləri pisləşdirdi

Berbok Pekinlə münasibətləri    pisləşdirdi
  04 Dekabr 2024    Oxunub:412
Çin hakimiyyəti Almaniyanın Xarici İşlər naziri Annalena Berboku sərt tənqid edib.
AzVision.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Annalena Berbokun Çinə səfəri zamanı Berlin və Pekin arasında münasibətlər yalnız pisləşib. Xüsusilə Çini Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməkdə ittiham edən Berbok, Pekinin Moskvaya iqtisadi və hərbi yardımının Avropanın maraqlarına zidd olduğunu bildirib.

Bundan əlavə, Berbok Kremlin dəstəyini davam etdirəcəyi təqdirdə Pekini cavab tədbirləri ilə hədələyib. Çin hökuməti bütün ittihamları rədd edib.

Berbok Pekində Ukraynada sülh məsələsini müzakirə edib
Çinin Xarici İşlər nazirliyinin sözçüsü bildirib ki, ölkə Ukraynadakı vəziyyətlə bağlı “dəfələrlə öz mövqeyini aydınlaşdırıb” və həmçinin Berbokun sözlərini “əsassız ittihamlar və siyasi manipulyasiya” adlandırıb.

Çin hakimiyyətinə bağlı olan “China Daily” isə vurğulayıb ki, nazir Berbok səfərdən “ev sahiblərinə mühazirələr oxumaq” üçün istifadə etməməlidir və Pekinin fikrincə, münaqişələr “silah və sanksiyalarla deyil, çeviklik və uzaqgörənliklə həll olunmalıdır” .

Qeyd edək ki, Annalena Burbok uzun müddətdir Çinin kommunist hökumətini tənqid edir. Məsələn, o, açıq şəkildə Çin Kommunist Partiyasının rəhbəri və Çinin sədri Si Cinpini diktator adlandırıb. Almaniya XİN-in rəhbəri, habelə Pekinin subsidiyası hesabına istehsal olunan elektrik avtomobillərinə qarşı sanksiyaların tətbiqi siyasətini müdafiə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Berbok   Çin  





Xəbər lenti