Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
Buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər var. Hər bir məcburi köçkün dövlətin maddi rifah halının yaxşılaşdırılması, təhsil, səhiyyə kimi sosial xidmətləri özündə əks etdirən güzəşt və imtiyazlarından yararlanır. Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Buna baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olur. Jurnalistlər səmimi söhbətə görə təşəkkür edib, səfərin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb. Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
AzVision.az
Teqlər: