Bayden Kiyevin NATO-ya üzvlüyünü dəstəkləməyəcək - "AFP"

Bayden Kiyevin NATO-ya üzvlüyünü dəstəkləməyəcək    - "AFP"
  03 Dekabr 2024    Oxunub:431
ABŞ prezidenti Cozef Bayden administrasiyasındakı rəsmilər Vaşinqtonun Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləməyəcəyini etiraf edirlər. Çünki onlar müvafiq təşəbbüslərin yeni seçilmiş prezident Donald Trampın komandası tərəfindən ləğv ediləcəyini çox gözəl anlayırlar.
Bu fikirlər AFP agentliyində dərc olunan məqalədəndir.

Adı açıqlanmayan Avropa İttifaqı (Aİ) diplomatının sözlərinə görə, Qərb ölkələrinin Ukraynanı NATO-ya dəvət etməsi ilə bağlı hər hansı qərar Trampın narazılığına səbəb olacaq.

Ukraynaya “müvəqqəti” təslim olmaq təklif edilir
"Reuters" nəşri də oxşar mövzuda məqalə dərc edib. Sayt öz mənbələrə istinadən yazıb ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ümumi konsensusun əldə olunması aylarla vaxt aparacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Bayden   Ukrayna  





Xəbər lenti