ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan etdi
  03 Dekabr 2024    Oxunub:510
Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat yayıb.

O xatırladıb ki, ABŞ artıq bir neçə dəfə Rusiyanın maliyyə sektoruna qarşı irimiqyaslı sanksiyalar tətbiq edib.
Bundan əlavə, Amerika prezidentinin köməkçisi ABŞ-nn 2025-ci il yanvarın ortalarına qədər Ukraynaya yüz minlərlə mərmi ötürmək planlarını da açıqlayıb.

Siyasəri qeyd edib ki, Bayden Ukraynanı ən sərfəli vəziyyətə salmağa çalışır və bu strategiyanın həyata keçirilməsi davam edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti