ABŞ ilə Ukrayna nədə razılaşdılar?

ABŞ ilə Ukrayna nədə razılaşdılar?
  12 Mart 2025    Oxunub:775
Ciddədə Vaşinqtonun və Kiyevin nümayəndələri arasında keçirilən danışıqlarda Ukraynada prezident seçkilərinin keçirilməsi və ya Ukrayna lideri Volodimir Zelenskinin istefası müzakirə olunmayıb.
AzVision.az xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Nana Sacaya danışıqların iştirakçısı olmuş mənbəyə istinadən “X” sosial şəbəkəsində belə paylaşım edib.

“Görüşün nəticəsinə əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Lakin bu tələbin Rusiya tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə. ABŞ yaxın vaxtlarda Rusiya tərəfi ilə bunu müzakirə etmək niyyətindədir”, - danışıqlarda iştirak edən Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.

ABŞ prezidenti Donald Tramp Moskva və Vaşinqton nümayəndələri arasında “bu gün və sabah” yeni görüşlər keçirəcəyini açıqlayıb. O, həmçinin bu həftə rusiyalı həmkarı Vladimir Putinə zəng etməyi planlaşdırdığını deyib.

Bundan əlavə, Vaşinqton hərbi təchizat və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edəcəyinə söz verib. Kiyev isə hərbi yardımı artıq bərpa olunduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Ciddə  





Xəbər lenti