Rövşən Rzayev keçmiş köçkünlərin müraciətlərini dinləyib

Rövşən Rzayev keçmiş köçkünlərin müraciətlərini dinləyib
  11 Mart 2025    Oxunub:509
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martin 11-də əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.

Eyni zamanda Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpasının və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü qeyd edilib. Dövlət Komitəsi sədrinin qəbulunda keçmiş məcburi köçkün vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti