“Azərpoçt”un adından dələduzluq halları var

   “Azərpoçt”un adından dələduzluq halları var
  11 Mart 2025    Oxunub:692
Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir.
Bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.


AzVision.az


Teqlər:





Xəbər lenti