Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb

Xocalıda Yel çərşənbəsinin tonqalı qalanıb
  11 Mart 2025    Oxunub:743
İşğaldan azad olunan Xocalı şəhərinin Ballıca kəndində həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Xocalı sakinləri artıq bayramları öz doğma kəndlərində qarşılayır. Bu gün isə sakinlər Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalını alovlandırıblar.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Xocalıda da Yel çərşənbəsi yaddaqalan olub. Xocalı sakinləri çərşənbə tonqalını alovlandırıb, yallı və şən musiqinin sədaları altında rəqs ediblər.

Qeyd edək ki, Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti