Ceyhun Bayramov səfirlərlə görüşdü

Ceyhun Bayramov səfirlərlə görüşdü
  11 Mart 2025    Oxunub:543
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay və AQEM-ə üzv dövlətlərin səfirləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay və AQEM-ə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.

Görüşdə Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və sədrliyin prioritetləri, AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsi səyləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin AQEM sədrliyinin əsas prioritetlərindən bəhs edib, bu istiqamətdə xüsusilə, AQEM üzv ölkələrinin yerləşdikləri mühüm coğrafi mövqeni nəzərə alaraq, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin geniş perspektivləri olduğunu qeyd edib.

Sədrliyimizin eyni zamanda AQEM-in institusionallaşması, fəaliyyət imkanlarının genişləndirilməsinə kökləndiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda AQEM-in yeni qərargahının Müşavirənin işinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Regionumuzda və dünyamızda baş verən proseslərin AQEM-in bölgədə inklüziv platforma kimi rolu və çəkisini artırdığı diqqətə çatdırılıb, bu istiqamətində sədrliyimiz müddətində göstərilən təşəbbüs və səylərin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsinin və AQEM çərçivəsində fəal iştirakçılığın vacibliyi vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti