Siyarto: “Avropa müharibə ilə üzləşəcək”

         Siyarto:    “Avropa müharibə ilə üzləşəcək”
  11 Mart 2025    Oxunub:605
Ukraynanın Avropa İttifaqına qəbul edilməsi indi bütün Avropada müharibəyə səbəb olacaq.
AzVision.az xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto jurnalistlərə açıqlamasında Budapeştin çətin iqtisadi duruma düşmüş Ukraynanın tələsik Aİ-yə daxil olmasına etiraz etdiyini bildirib.

“Belə bir vəziyyətdə Ukraynanın Aİ-nin təhlükəsizlik sisteminə qoşulması iqtisadi baxımdan faciəvi nəticələrə səbəb olacaq. Çünki müharibə aparan edən ölkənin inteqrasiya prosesinə qoşulması əslində müharibənin davam etməsi deməkdir”,
- macarıstanlı nazir vurğulayıb.

Macarıstan Ukrayna ilə bağlı referendum keçirəcək
O, əvvəllər Aİ-nin Ukraynaya iqtisadiyyat və ticarət sahəsində güzəştli şərtlər təqdim etdiyini də xatırladıb.

- Yada salaq ki, biz onlara taxılın Mərkəzi Avropaya, sonra isə Afrikaya göndərilməsinə icazə vermişdik. Nəticədə bura taxıl gətirdilər, bazara atdılar və Mərkəzi Avropa fermerlərini məhv etdilər. Onlar istədiklərini deyə bilərlər, lakin biz Ukraynanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı müzakirələrdə macar xalqının mövqeyini təmsil edəcəyik”, - Peter Siyarto xəbərdarlıq edib.

Xatırladaq ki, Macarıstan hökuməti martın 6-da Aİ sammitindən sonra Ukraynanın birliyə daxil olması ilə bağlı ölkədə referendum keçirəcəyini və bu müstəvidə Brüssellə məsləhətləşmələr zamanı onun nəticələrini rəhbər tutacağını bəyan açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   müharibə  





Xəbər lenti