![]() |
Lavrov: "Nüvə gücləri bir-birinə qışqırmamalıdır!" |
Nazir qeyd edib ki, Rusiya “heç bir halda” müttəfiq dövlətlərin qüvvələrinin Ukrayna ərazisində olmasını qəbul etməyəcək.
O, həmçinin xatırladıb ki, Qərb ölkələrinin nümayəndələri Rusiya Federasiyası ilə danışmır, əlaqə saxlamırlar.
Rusiya rəsmisi Trampa sülhməramlılarla bağlı verilən sualı da xatırladıb. Ağ Ev rəhbəri cavab olaraq deyib ki, bunu müzakirə etmək hələ tezdir. Lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır: “Niyə biz sülhməramlı qüvvə və ya hər hansı sülhməramlı qrupla razılaşmalıyıq? Onlar istəyirlər ki, belə bir qüvvə bizi özlərinə düşmən elan etmiş ölkələrin hərbçilərindən ibarət olsun. Qərbdəkilər ora sülhməramlı kimi gələcəklər?".
Tural Tağıyev
AzVision.az