"Bu həssas dövrdə xalqımızın sülh və ədalət istəklərini özündə əhatələyən keçid mərhələsini uğurla başa vurmaq üçün birgə çalışırıq. Bütün suriyalıların hüquqlarını qoruyan və yerinə yetirən daha yaxşı gələcək qurmağa sadiqik. Razılaşmanın bütün komponentləri məhz mehriban qonşuluq amalına əsaslanır", - Əbdi vurğulayıb.
![]() |
Suriya lideri: "Ölkəni birləşdirəcəyik" - VİDEO |
Xatırladaq ki, fevralın 25-də Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə Milli Dialoq Konfransında "Suriyanın yenidən birləşdiriləcəyini, müxtəlif qruplaşmaların əlindəki silah-sursatın dövlətin nəzarətinə götürüləcəyini" diqqətə çatdırmışdı.
"Son iki ay ərzində suriyalılara qarşı cinayət törədənləri ələ keçirməyə çalışdıq. Onların cəzalandırılması məqsədilə Müvəqqəti Ədalət Komitəsi yaradılacaq. Suriya yenidən öz bölünməz və güclü vəhdətinə qaytarılacaq", - o söyləmişdi.
Firudin Həmidli
AzVision.az