Moskvada PUA hücumlarından ölənlərin sayı artır - VİDEO

   Moskvada PUA hücumlarından ölənlərin sayı artır    - VİDEO
  11 Mart 2025    Oxunub:546
Ukrayna Pilotsuz Uçuş Aparatlarının (PUA) Moskva vilayətinə olan kütləvi hücumunun daha bir qurbanı ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Domodedovo şəhər dairəsinin rəhbəri Yevgeniya Xrustaleva özünün Telegram kanalında məlumat yayıb.

Filippo: "Moskvanı vuran Kiyev sülh prosesini pozmaq istəyir"
“İndicə mənə belə bir xəbər verdilər ki, artıq üçüncü kişi də ölüb. Həkimlər onun üçün əllərindən gələni ediblər",- Xrustaleva yazıb.


360.ru-nun yaydığı məlumatına görə, ölən "Miratorq" şirkətinin 43 yaşlı əməkdaşı olub.

Bundan əvvəl PUA-nın düşdüyü "Miratorq" şirkətinin dayanacağından video yayılmışdı. Görüntülərdə minik avtomobillərinin yanması əks olunub. Məlumata görə bir neçə avtomobilə ziyan dəyib.

Avtomobillərin yanında olan mühafizəçi ağır xəsarətlər alıb. İkinci parkinq işçisi isə xəstəxanaya çatdırılıb. Həkimlər bir neçə saat onun həyatını xilas etməyə çalışsalar da, kişi ölüb.

Xatırladaq ki, bu gecə Ukrayna Rusiyaya qarşı ən böyük PUA hücumu həyata keçirib. Rusiyanın Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) sistemlərinin gecə ərzində ölkə ərazisi üzərində 337 PUA-nı məhv etdiyini açıqlayıb.

Yerli media da bunu Rusiyanın 2022-ci ildən bəri gördüyü ən kütləvi dron hücumlarından biri kimi qiymətləndirib.

Tural Tağıyev


Teqlər:   Ukrayna   PUA   Moskva  





Xəbər lenti