Ukrayna yeni "Seth" PUA-sını işə salıb - "Forbes"

 Ukrayna yeni "Seth" PUA-sını işə salıb    - "Forbes"
  11 Mart 2025    Oxunub:878
Çoxmərtəbəli binaların dağıdılması ilə müşayiət olunan səkkiz aylıq şiddətli şəhər döyüşlərindən sonra fevralın əvvəlində rus qoşunları Toretsk üzərində nəzarəti ələ aldıqlarını elan etdilər. Bununla belə, vəziyyət dəyişib.
Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, Ukrayna əsgərləri indi bu istiqamətdə yeni "Seth" adlı Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməyə başlayıblar.

Trampın sayəsində Kiyevin tankları "əbədi təmirə" göndərildi
"İşğaldan bir ay sonra vəziyyət dəyişdi. Rus qoşunları geri çəkilməyə məcbur olublar. Ukrayna qüvvələri, xüsusən 12-ci "Azov" briqadası və digər hərbi birləşmələr 2-ci Rusiya Birləşmiş Ordu Bölmələrini Toretsk şəhərinin əksər hissəsindən qovub. Bu mədən şaxta şəhərinin müharibədən əvvəl təxminən 30.000 əhalisi var idi", - məqalədə yazılıb.

Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin məlumatına görə, Kiyevin nəzarətində olan qoşunlar şəhərin mərkəzindəki Drujbı küçəsində, eləcə də cənubda yerləşən Stroiteley küçəsində də xeyli irəliləyir.

Toretskdə vəziyyətin dəyişməsi iki əsas amillə izah olunur. Birincisi, Rusiya qoşunlarının hər mənada tükənməsi və Ukrayna pilotsuz təyyarələrinin üstünlüyü saxlamasıdır. Çünki genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya 500 mindən çox əsgər və 15 min texnika itirib. Bu amil Kreml ordusunun döyüş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edib. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib ki, “Rusiya ordusunun tükənməsinə dair bütün əlamətlər var”.

Bununl belə, Ukrayna qüvvələri də xeyli itki verib. İtkilərlə bağlı statistikalarda 300 minə yaxın hərbçi qeyd edilir: "Ağır itkilərə baxmayaraq, Kiyev Ukraynanın cənubu və şərqi ilə Rusiyanın Kursk bölgəsinə qədər uzanan cəbhənin əksər hissələrində pilotsuz təyyarələr sayəsində strateji üstünlüyə malikdir. Bir neçə istisnaları nəzərə almasaq, Ukrayna pilotsuz təyyarələri keyfiyyətinə və radioelektron mübarizəyə qarşı müqavimətinə görə Rusiya texnikalarından üstündür. Xüsusilə, Toretskdə 12-ci Azov Briqadası ən son texnologiya ilə qurulmuş "Seth" dronundan istifadə etməyə başlayıb. O, düşmən texnikalarının xarakterik siluetlərini tanıya bilir, döyüş meydanında hava məkanının patrulu olur. "Seth" təxminən 4,5 kq ağırlığında döyüş başlığını daşıya bilir".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   PUA  





Xəbər lenti