Ciddədə döyüşlərin dayandırılması müzakirə ediləcək - "Bloomberg"

Ciddədə döyüşlərin dayandırılması müzakirə ediləcək    - "Bloomberg"
  11 Mart 2025    Oxunub:882
ABŞ və Ukrayna martın 11-də Səudiyyə Ərəbistanında aparılacaq danışıqlarda Qara dənizdə hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı müzakirə edəcək.
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Nəşr mənbələrinə istinad edib.

Zelenski Səudiyyə Ərəbistanına səfər edib
“Hazırki vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, Ciddə danışıqlarında masaya Rusiya və Ukrayna arasında Qara dənizdə hərbi əməliyyatların dayandırılmasına dair razılaşma qoyulacaq”, - müəllif yazıb.

Qeyd olunub ki, ABŞ Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Ukraynanın atəşkəs öhdəliyini götürməsini israr edəcək.

"Bloomberg" xatırladıb ki, Ciddədə planlaşdırılan danışıqlar ABŞ prezident administrasiyasının Ukrayna lideri Vladimir Zelenskiyə “güclü təzyiqi” fonunda baş tutacaq.

Xatırladaq ki, martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib. Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ciddə   ABŞ   Ukrayna  





Xəbər lenti