Moskva PUA-ların hücumunu ATƏT-in baş katibinin səfəri ilə əlaqələndirib

Moskva PUA-ların hücumunu ATƏT-in baş katibinin səfəri ilə əlaqələndirib
  11 Mart 2025    Oxunub:568
Martın 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz təyyarələrlə Moskvaya hücumu ATƏT-in baş katibi Feridun Sinirlioğlunun paytaxta Rusiya paytaxtına səfəri ilə bağlıdır.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin Mətbuat və İndformasiya departamentinin direktoru Mariya Zaxarova belə iddia ilə çıxış edib.

“Yüksək vəzifəli xarici nümayəndə heyətinin səfəri ilk dəfə deyil ki, USQ-nin pilotsuz təyyarələrinin hücumu ilə müşayiət olunur və bu gecə də ATƏT-in baş katibi paytaxta səfər edəndə Kiyev Moskvaya pilotsuz təyyarələr göndərib”, - Zaxarova öz Telegram-kanalında yazıb.

Rusiyaya kütləvi PUA hücumu olub
Moskvaya rəsmi səfərə gələn ATƏT-in baş katibi Feridun Sinirlioğlu martın 12-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Xatrıladaq ki, bu gecə Ukrayn Rusiyaya qarşı ən böyük PUA hücumu həyata keçirib. Rusiyanın Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) sistemlərinin gecə ərzində ölkə ərazisi üzərində 337 PUA-nı məhv etdiyini açqılayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zaxarova   Sinirlioğlu   səfər  





Xəbər lenti