10 ildə Bərdədə ASANlaşan 3 milyondan çox müraciət!

   10 ildə Bərdədə ASANlaşan 3 milyondan çox müraciət!
  12 Mart 2025    Oxunub:450
2015-ci il martın 29-dan fəaliyyətə başlayan Bərdə regional “ASAN xidmət” mərkəzi Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Burada müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir. Fəaliyyət göstərdiyi müddət ərzində 3 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Günlük orta müraciət sayı təxminən 1000 nəfərdir.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 1300 nəfərdən çox könüllü məzun adını qazanıb.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 34 nəfərdir. Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaq otağı mövcuddur.

Qeyd edək ki, Bərdə regional “ASAN xidmət” mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə 2015-ci il martın 12-də açılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti