İstanbulda binanın altından tarixi başdaşı tapılıb - VİDEO

   İstanbulda binanın altından tarixi başdaşı tapılıb -    VİDEO
  12 Mart 2025    Oxunub:511
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda dördmərtəbəli binanın arxasındakı bağça divarının qismən dağılması nəticəsində tarixi başdaşı üzə çıxıb.
"Dəmirörən" xəbər agentliyinin məlumatına görə, hadisə fevralın 26-da meydana gəlib. Binanın sakinləri divarın dağılması ilə əlaqədar dəərhal bələdiyyəyə xəbər veriblər. Hadisə yerinə baxış əsnasında dağıntılar arasında 1232-ci ilə aid başdaşı aşkarlanıb.

Başdaşı ətraflı tədqiqat məqsədilə yerindən çıxarılaraq götürülüb.

Tarixçilər diqqətə çatdırırlar ki, sözügedən ərazidə arxeoloji qazıntı aparılarsa, daha çox tarixi başdaşı tapıla bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   bina   başdaşı  





Xəbər lenti