Paşinyan Ermənistan üçün təhlükənin mənbəyini göstərib

   Paşinyan Ermənistan üçün    təhlükənin mənbəyini    göstərib
  12 Dekabr 2024    Oxunub:1208
Ermənistanın baş naziri Nikol Paşinyan SSRİ dövründəki sərhədlərdən imtina olunmasını dövlətçilikdən imtina edilməsi kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, Nikol Paşinyanın fikrincə, əgər ölkə vətəndaşları beynəlxalq səviyyədə tanınmış əraziləri tanımasalar, o zaman Ermənistan “qapılarını başqalarının üzünə açacaq”.

“SSRİ dövründən qalma xəritələrdən imtina dövlətçilikdən və müstəqillikdən imtina demək ola bilər. Çünki biz müstəqilliyi Sovet Ermənistanı ərazisində əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınan əraziyə sadiqlik ölkənin təhlükəsizliyi üçün vacibdir və bu buferdir”, - Ermənistanın baş naziri “Facebbok” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, bu ilin aprelində Azərbaycan və Ermənistanın sərhəd məsələləri ilə məşğul olan komissiyaları bir neçə sahədə delimitasiya ilə bağlı razılığa gəliblər. Nəticədə 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş dörd Azərbaycan kəndi geri qaytarılıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Paşinyan   sərhədlər   etiraf  





Xəbər lenti