Qruplaşma hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb. Onların iddiasına görə, "hərbi obyektə qarşı" həyata keçirilən raket zərbəsi "hədəfi uğurla vura bilib".
Xatırladaq ki, İsrailin xarici işlər naziri Gideon Saar husilərin terrorçu kimi tanınmaları məqsədilə səyləri artırmaq üçün ölkənin Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinə tapşırıq verib.
İsrail Avropanı husiləri terrorçu kimi tanımağa çağırır |
"Qruplaşma yalnız İsrail üçün yox, bütün region, eləcə də dünya üçün təhlükədir. Odur ki, onları terror təşkilatı kimi tanımaq zəruridir", - Saar bildirib.
Ötən il oktyabrın 7-də İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında müharibə başlayandan bəri Yəmən husiləri Fələstinə dəstək məqsədilə İsraillə əlaqəli gəmilərə Qırmızı dəniz və ətrafında zərbə endirir, dəniz ticarətinə ciddi ziyan vururlar. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə cari ilin yanvarında regiona qoşun göndərib. Eyni zamanda, ABŞ, Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Kanada, Yeni Zelandiya və İsrail husiləri terrorçu kimi rəsmən tanıyırlar.
@hadasgrinberg
December 25, 2024
pic.twitter.com/qgnUwKNBCY
Firudin Həmidli
AzVision.az