Paşinyan: “Qarabağ yalnız Azərbaycanın ola bilərdi”

   Paşinyan:    “Qarabağ yalnız Azərbaycanın ola bilərdi”
  25 Dekabr 2024    Oxunub:536
Azərbaycanla Ermənistan arasında aparılan danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində belə paylaşım edib.

“1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni danışıqların yalnız bir nəticəsi ola bilərdi: Dağlıq Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması. Biz bunu etmədik və danışıqlar prosesinin yuxarıda qeyd etdiyimiz dairəsini ilkin olaraq əvvəlcədən müəyyənləşdirən beynəlxalq birlik də müharibəyə elə ciddi müqavimət göstərmədi. Reallıq belədir, əziz xalq”, - erməni mediası Nikol Paşinyandan sitat gətirir.

Paşinyan gecikmiş etirafından peşmandır
Qeyd edək ki, Ermənistanın baş naziri 2 gün əvvəl yenə də sosial şəbəkədə yazdığı statusda hakimiyyətə gələndən sonra Qarabağ problemi ilə bağlı “vətənpərvərlik” hissinə qapıldığını və buna görə də həqiqəti etiraf etməyə cəsarət tapmadığını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   Qarabağ   AZərbaycan  





Xəbər lenti