Milorad Dodik İlham Əliyevə başsağlığı verib

   Milorad Dodik İlham Əliyevə başsağlığı verib
  26 Dekabr 2024    Oxunub:308
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir: "Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost. İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.

İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.

Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti