Təyyarə qəzasında 26 azərbaycanlı ölüb, bəziləri tanınmaz haldadır

   Təyyarə qəzasında 26 azərbaycanlı ölüb, bəziləri tanınmaz haldadır
  26 Dekabr 2024    Oxunub:286
"Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri də ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək".
Bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib. Baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək:

"Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmən cənazələr də Azərbaycana göndəriləcək. Azərbaycanın Səhiyyə Nazirliyinin və Baş Prokurorluğundan ibarət heyət xəstəxanada olan xəstələrlə maraqlanırlar. Eyni zamanda DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti