İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Qazaxıstana gediblər

      İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Qazaxıstana gediblər
  25 Dekabr 2024    Oxunub:479
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti