Azərbaycan və Qazaxıstanın Baş nazirləri danışdı
Ə.Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib.
O.Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabına qeyd qoyduğunu bildirib.
Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin cəsədlərinin ölkəmizə gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparıldı.
Eyni zamanda hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olundu.
AzVision.az
Teqlər: