Kuleba: “Ukraynanın Rusiyaya hücumu istisna olunmur”

   Kuleba:    “Ukraynanın Rusiyaya hücumu istisna olunmur”
  25 Dekabr 2024    Oxunub:529
Əgər Ukrayna NATO-ya üzv olmasa, bir müddət sonra o, “revanşist hissləri” rəhbər tutaraq Rusiyaya hücum edə bilər.
AzVision.az xəbər verir ki, Ukraynanın keçmiş Xarici İşlər naziri Dmitri Kuleba “Kyiv Independent” nəşrinə müsahibəsində belə iddia səsləndirib. Keçmiş nazirin sözlərinə görə, həm Rusiya, həm də Ukrayna danışıqların nəticələrindən narazı qalarsa, bu, hər iki ölkədə revanşizm əhval-ruhiyyəsinin artmasına səbəb ola bilər.

“Ortamüddətli perspektivdə Ukraynanın Rusiyaya qarşı potensial revanşist siyasətini düzgün qiymətləndirməmək və ya hesabdan silmək olmaz”, - Kuleba deyib.

Q, qeyd edib ki, 10 il ərzində Ukraynada “qisas motivli siyasətçilər və siyasi qüvvələr” peyda ola bilər. Ukrayna siyasətçilərinin gələcək nəsli müharibədən sonra ölkənin bərpasına diqqət yetirəcək.

- Ərazilərin geri alınması, nəhayət Rusiyanın ödənişlərə məcbur edilməsi. İqtisadi baxımdan biz diz üstündən qalxanda, siz daxili siyasətdə bu arqumentlərin necə istifadə ediləcəyini görəcəksiniz”, - keçmiş nazir bildirib.

Dmitri Kuleba həmçinin bəyan edib ki, Ukrayna ilə Rusiya arasında gələcək müharibədən qaçmaq yalnız Kiyevin öz müttəfiqlərini Rusiya ilə münaqişə riskinə məruz qoymamağı öhdəsinə götürdüyü halda mümkündür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kuleba   Ukrayna   Rusiya   hücum  





Xəbər lenti